İngiltərədə tanınmış veteran futbolçunun başına pivə bakalı atılıb

İngiltərənin "Mançester Yunayted" komandasının sabiq futbolçusu, hazırda şərhçi kimi fəaliyyət göstərən Hari Nevill xoşagəlməz halla üzləşib.

"Report" xəbər verir ki, 38 yaşlı veteran müdafiəçi Premyer Liqada XXXVIII turun "Brayton" - "Mançester Siti" oyununda canlı yayıma çıxmaq üçün stadiona daxil olan zaman insident baş verib.

Qonaq komandanın fanatları vaxtilə "şəhərlilər"in əzəli rəqibinin formasını geyinmiş Nevillə söz atıblar. Azarkeşlərdən biri isə onun başına pivə bakalı tullayıb, lakin "hədəfi" düzgün nişan almayıb.

Qeyd edək ki, "Brayton"a 4:1 hesabı ilə qalib gələn "Mançester Siti" ölkə çempionu olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR