Bakı tarixdə bir ilkə ev sahibliyi edəcək

Avrokubok tarixində bir ilk yaşanıb.

Futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqası və Avropa Liqasında kubok uğrunda eyni ölkənin komandaları yarışacaq.

Belə ki, hər iki turnirin finalçıları İngiltərə təmsilçiləridir. "Tottenhem" və "Liverpul" klubları Çempionlar Liqasında, "Arsenal" və "Çelsi" isə Avropa Liqasında qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı 29 may tarixində Bakı Olimpiya Stadionunda, Çempionlar Liqasının finalı isə 1 iyunda Madridin "Vanda Metropolitano" stadionunda keçiriləcək.

publika

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR