“Arsenal”dan türk və erməni futbolçu ilə bağlı şok qərar

"Arsenal" heyətində böyük dəyişiklərə hazırlaşır.

Fana.Az xarici mediaya istinadən xəbər verir ki, böyük maaş yükündən qurtulmaq istəyən London klubunun

Stepan Lixtşteyner, Karl Cenkinson və Məhaməd Elnenidən sonra Məsut Özil və Henrix Mxıtaryanla yollarını ayırmaq qərarına gəlib. Özil həftədə 350, Mxıtaryan 180 min funt-sterlinq maaş alıb. "Arsenal" hər iki futbolçu üçün gələcək təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, 2013-cü ildə "Real"dan 47 milyon avroya transfer olunan Özil cari mövsümdə oynadığı 33 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. 2018-ci ilin yanvarında "Mançester Yunayted"dən 34 milyon avroya alınan Mxıtaryan isə 37 oyunda 6 dəfə fərqlənib və 6 qol ötürməsi verib.

Onu da qeyd edək ki, Aaron Remzi, Petr Çex və Danni Uelbekin "Arsenal"ı tərk edəcəyi dəqiqləşib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR