Futbolçular radikalizmə “yox” deyirlər

"Sumqayıt" Futbol klubunun üzvləri İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH International təşkilatının dəstəyi ilə reallaşan "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri" layihəsi çərçivəsində 7 may 2019-cu iltarixində "RadikalzməYox", "Bura Sənindir" şuarları ilə sport kamp keçiriblər. "Olaylar" xəbər verir ki, tədbrdə məqsəd radikalizmə və radikal qruplara qoşulmağa yox demək və eləcə də muktikulturializm ideyalarını dəstəkləməkdən ibarət olmuşdur. Tədbirdə gənclər ilə müzakirələr aparan komanda üzvləri idmanın və təhsilin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşmüşlər. Gənclər idmanla məşğul olmağa təşviq edilmişdir. CESD-nin sədri Vüqar Bayramov bildirib ki, bu görüş yalnız burada iştirak edən gənclər üçün deyil, eyni zamanda digər gənclərimiz üçün də mesajdır. Məqsədimiz radikalizmə yox deməklə stabilliyi dəstəkləməkdir. Buna görə də, "Sumqayıt" Futbol klubunun üzvlərinin dəstəyi xüsusi qiymətləndirilməlidir. Daha sonra futbolçular ilə gənclər arasında müzakirələr təşkil edildi və futbol meydançasında idman kampı təşkil edildi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR