“Sağlam gənclik, sağlam gələcək” layihəsi çərçivəsində şahmat turniri keçirilib

Sabunçu Gənclər Evinin təşkilatı dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi "Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində şahmat turniri baş tutub. "OLAYLAR"-a daxil olan məlumata görə,  50-yə yaxın gəncin iştirakı ilə şahmat turniri Bakı Gənclər Mərkəzində keçirilib. 7 turdan ibarət yarışa öz sahəsinin mütəxəssisi rəhbərlik edib. Yarışın sonunda I, II, III yerlər üzrə mükafatlandırma olub. Qaliblər sertifikat, medal və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi "Sağlam gənclik, sağlam gələcək" layihəsi gənclərin sağlam inkişaf etmələri, sağlam mühitin formalaşması və bunun vərdiş halını alması üçün həyata keçirilir. 3 mərhələdən ibarət layihədə - şahmat, stolüstü tenis turniri və marafon yarışı keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR