Suriya yığmasının baş məşqçisi Asiya Kubokunun gedişində istefaya göndərilib

Suriya milli komandasının baş məşqçisi Bernd Ştange hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Asiya Kubokunun gedişində istefaya göndərilib.

Bu barədə Suriya Ərəb Futbol Federasiyası (FASF) qərar qəbul edib. Almaniyalı mütəxəssis İordaniyaya 0:2 hesabı ilə uduzduları qrup mərhələsinin oyunundan sonra qovulub. O, 2018-ci ilin fevralından tutduğu postu Fəcr İbrahimə təhvil verib.

Yanvarın 15-də Suriya yığması yarışın son qalibi Avstraliya ilə üz-üzə gələcək. Ştangenin rəhbərliyi altında ilk turun oyununda Fələstinlə heç-heçə qeydə alınıb - 0:0. Hazırda 1 xalı olan Suriya qrupda 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvarın 5-də start götürən sayca 17-ci Asiya Kubokunda 24 ölkə mübarizə aparır.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR