F1 komandalarının rəhbərləri Hemiltonu ilin ən yaxşı yürüşçüsü seçiblər

Formula 1 komandalarının rəhbərləri ilin ən yaxşı yürüşçüsünü seçiblər.

İlin mükafatının sahibi 2018-ci il mövsümünün dünya çempionu Lyuis Hemilton olub. Bu titul onun karyerasında beşincidir.

Səsvermənin nəticələrinə görə, Hemilton 218 bal toplayıb, onun ən yaxın rəqibi Maks Ferstappen isə cəmi 139 balla kifayətlənib. Üçüncü yeri Sebastyan Fettel, dördüncü pilləni isə Fernando Alonso tutublar. Onlardan başqa, ilk onluğa Daniel Rikkardo, Şarl Lekler, Kimi Raykkonen, Valtteri Bottas, Esteban Okon və Niko Hülkenberq daxil olublar.

Qeyd etmək lazımdır ki, səsvermədə doqquz komanda rəhbəri - Toto Volf, Kristian Xorner, Siril Abitebul, Günter Ştayner, Zak Braun, Otmar Zafnauer, Frederik Vassyor, Frans Tost və Kler Uilyams iştirak ediblər.

AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR