Çempionlar Liqasında gözlənilməz nəticələr - YENİLƏNDİ

Çempionlar Liqasının qrup mərhələsində II dövrəyə start verilib.

Publika.az xəbər verir ki, IV turun ilk oyun günündə 8 qarşılaşma baş tutub.

A, B, C və D qrupundakı komandalar növbəti matçlarına çıxıb. A qrupunda Dortmund "Borussiya"sı "Atletiko"ya uduzsa da, hər iki komanda 1/8 finala bir addım da yaxınlaşıb. "Monako"nu darmadağın edən "Brügge"nin liderlərə başağrı olacağı inandırıcı deyil.

B qrupunda "Barselona" ilk xal itkisinə üzülsə də,1/8 finala ilk vəsiqənin sahibi olub. Liderdən xal alan "İnter" 2-ci pillədə mövqeyini qoruyub. "Tottenhem" Keynin dublu ilə əzmkar qələbə qazanıb və şanslarını qoruyub.

C qrupunda isə durum daha da gərginləşib. "Srvena Zvezda"nın "Liverpul"la görüşdə sensasiyalı qələbəsi, "Napoli" ilə PSJ-nin heç-heçəsi 4 komandanın 2 xal intervalında qərarlaşmasına səbəb olub.

D qrupunda isə "Porto" və "Şalke" növbəti qələbəyə sevinib. "Qalatasaray"ın artıq öz əlində deyilsə, "Lokomotiv" isə "Monako" kimi yalnız Avropa Liqasına ümid edə bilər.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

6 noyabr

A qrupu

"Monako" (Fransa) - "Brügge" (Belçika) - 0:4

Vanaken, 12, 17-p., Uesli, 24, Vormer, 85

"Atletiko" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0

Saul, 33, Qrizmann, 80

1.

Borussiya

4

3

0

1

8-2

9

2.

Atletiko

4

3

0

1

7-6

9

3.

Brügge

4

1

1

2

6-5

4

4.

Monako

4

0

1

3

2-10

1

B qrupu

"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:1

İkardi, 87 - Malkom, 83

"Tottenhem" (İngiltərə) - PSV (Hollandiya) - 2:1

Keyn, 78, 89 - De Yonq, 2

1.

Barselona

4

3

1

0

11-3

10

2.

İnter

4

2

1

1

5-5

7

3.

Tottenhem

4

1

1

2

7-9

4

4.

PSV

4

0

1

3

4-10

1

C qrupu

"Srvena Zvezda" (Serbiya) - "Liverpul" (İngiltərə) - 2:0

Pavkov, 22, 29

"Napoli" (İtaliya) - PSJ (Fransa) - 1:1

İnsinye, 63-p. - Bernat, 45

1.

Liverpul

4

2

0

2

7-5

6

2.

Napoli

4

1

3

0

4-3

6

3.

PSJ

4

1

2

1

11-7

5

4.

Srvena Zvezda

4

1

1

2

3-10

4

D qrupu

"Porto" (Portuqaliya) - "Lokomotiv" (Moskva, Rusiya) - 4:1

Errera, 2, Mareqa, 42, Korona, 67, Otavio,90 - Farfan, 59

"Şalke" (Almaniya) - "Qalatasaray" (Türkiyə) - 2:0

Burqstaller, 4, Ut, 58

1.

Porto

4

3

1

0

9-3

10

2.

Şalke

4

2

2

0

4-1

8

3.

Qalatasaray

4

1

1

2

3-3

4

4.

Lokomotiv

4

0

0

4

1-10

0

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR