III Yay Olimpiya Oyunlarının medalçıları mükafatlandırılıb

Milli Olimpiya Komitəsində Buenos-Ayres 2018 Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan Olimpiya Komandasının medalçılarının mükafatlandırılması mərasimi baş tutub. "OLAYLAR"-a MOK-un mətbuat xidmətindən bildirilib ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abıyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev, GİN və MOK-un əməkdaşları və idman federasiyalarından nümayəndələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə atletləri nailiyyətlərinə görə təbrik edib. O bildirib ki, idmançılarımızın bu oyunlarda da uğurlu nəticələr ilə - 6 idman növündə qazandığı 3 qızıl, 1 gümüş və 3 bürünc medalla - Azərbaycana geri döndülər. Yeddi idmançı altı idman növündə medal qazanaraq, Azərbaycanın idman ölkəsi olduğunu sübut edib.

Gənclər və İdman naziri Azad Rəhimov çıxışında Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının da iştirakçılar sırasında yer almasını sevindirici hal kimi qiymətləndirdi. Fərəhli haldır ki, 17 idmançımızdan 7-si medal qazanıb. Bu isə atletlərimizin potensialını bir daha sübut edir.

Tədbir idmançı və rəsmilərin qrup fotosu ilə yekunlaşdı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR