UFC Həbibi və Makqreqoru diskvalifikasiya etdi

7 oktyabr tarixində Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında qalmaqallı döyüş dağıstanlı idmançının qələbəsi ilə başa çatmışdı.

UFC bu qalmaqaldan sonra hər iki idmançını diskvalifikasiya edərək döyüşlərdən uzaqlaşdırıb.

ESPN portalının xəbərinə əsasən, uzaqlaşdırma qərarı ən azı 10 günlükdür və 15 oktyabr tarixindən hesablanacaq.

24 oktyabr tarixində Nevada ştatının Atletika komissiyası dinləmələrdə hər iki idmançını birdəfəlik diskvalifikasiya edib-etməməyi səsə qoyacaq.

Qeyd edək ki, Həbib qonorarın bir hissəsindən məhrum edilib. UFC prezidenti Deyn Uayt bildirib ki, Makreqora hücum edən idmançılar barədə də qərar veriləcək.

Ölkə.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR