Azərbaycan milli komandası səfərdə gözlənilməz qələbə qazandı

Futbol üzrə Azərbaycan milli yığması UEFA Millətlər Liqasında növbəti oyununu Farer adaları komandasına qarşı keçirir.  Azərbaycan millisi rəqibi 3:0 hesabı ilə mğlub edib.

Yığmamızın heyətində 28 və 85-ci dəqiqələrdə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov fərqlənib.

Qrupun digər oyununda Kosovo millisi doğma meydanda Malta millisinə 3:1 hesabı ilə qalib gəlib. Belə də, Kosovo yığması 7 xalla qrupda birinci, Azərbaycan millisi isə 5 xalla ikinci pillədə qərarlaşıb.

trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR