Kiber idman turniri keçiriləcək

Bu gündən etibarən "İnnovasiya həftəsi"çərçivəsində təşkil ediləcək "Baku Open Cyber Cup" kiber idman turnirinə qeydiyyat başlanır.  "OLAYLAR" xəbər verir ki, cari ilin 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və "MicrosoftAzerbaijan"şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə "Xbox" platformasında iki oyun növü "FIFA 19" və "MortalKombat" üzrə yarışlar təşkil olunacaq.

Turnirdə iştirak etmək istəyən 15 yaşdan yuxarı hər bir şəxs müvafiq qeydiyyat formasını (http://www.cybersport.az/tournaments/BakuOpen2018/BakuOpenRegistrationForm.doc)doldurub elektron poçt vasitəsilə 19 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Kiber İdman Federasiyasına (info@cybersport.az) təqdim etməlidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR