Kardifdə yarımmarafon qaçışından sonra iki idmançı ölüb

Uelsin paytaxtı Kardifdə keçirilən 15-ci yubiley yarımmarafonu zamanı iki idmançı dünyasını dəyişib.

Kişilər 21 km-dən bir qədər çox qaçaraq finiş xəttini keçib yerə yıxılıblar.

Onların hər ikisinin ürəyi dayanıb.

"The Sun" nəşri yazır ki, marafonçulardan biri həyat yoldaşı və bir yaşlı körpəsinin gözü qarşısında yerə yıxılıb, digər idmançı isə finişə sevgilisi ilə gəlib çatıb. Kişilər Uelsin Universitet xəstəxanasına yerləşdiriliblər və orada həkimlər onların öldüklərini qeydə alıblar.

Yarımmarafonda ümumilikdə 25 min insan iştirak edib.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR