Qazaxıstanlı gimnast: "Bakıda keçirilən yarışlara mütləq bir daha gələcəyəm"

Bakıda keçirilən aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi yarışlarında 7-8 yaş kateqoriyasında qrup tərkibində 2-ci yer tutan qazaxıstanlı gimnast Adelina Vafina öz çıxışından razı qalıb.

Qazaxıstanlı gimnast Trend-ə bildirib: "İkinci yer tutduğuma örə çox şadam. Milli Gimnastika Arenasında çıxış etməkdan xoşum gəldi - buranın zalı böyük və gözəldir. Yaxşı ki, azarkeşlər bizi ruhlandırdılar. Bakıda keçirilən yarışlara mütləq bir daha gələcəyəm".

Onun sözlərinə görə, o, qələbəni öz məşqçisinə həsr edir və yaxşı nəticə qazanmaq üçün daha çox məşq edəcək.

Bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyinin yükun gününə start verilib.

Yarışın sonuncu günü kişilər və qadınlar arasında fərdi proqramda 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, üçlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, qrup tərkibində 7-8, 9-11, 12-14, 18 və yuxarı yaş kateqoriları, qarışıq cütlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları arasında yarışlar keçiriləcək.

Yarışlarda Azərbaycan ("Ocaq Sport" və "AyUlduz"), Rusiya və Bolqarıstan gimnastları iştirak edəcək. İlk dəfə bu çempionatda Qazaxıstan və Ukrayna gimnastları çıxış edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR