“DÇ-2018-in ən yaxşısı Modriçdi”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç maraqlı açıqlaması ilə diqqət çəkib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 51 yaşlı mütəxəssis bildirib ki, dünya çempionatının ən yaxşı oyunçusu Luka Modriçdir:

"Dünya çempionatından öncə hər kəs Messi, Ronaldo və ya Neymarın mundialın ən yaxşı oyunçusu olacağını iddia edirdi. Hazırda onlar çimərlikdə istirahət edirlər. Modriç isə çıxışını davam etdirir.

Luka "Real"da əla mövsüm keçirib. Ardıcıl 3 dəfə Çempionlar Liqasının qalibi olub. "Qızıl top"u kimin qazanacağını deyə bilmərəm, amma DÇ-2018-in ən yaxşı oyunçusu Modriçdir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR