"Barselona" yeni transferini təqdim etdi

"Barselona" Braziliyanın "Qremio" klubundan aldığı Artur Ramosu ictimaiyyətə təqdim edib.

21 yaşlı yarımmüdafiəçinin təqdimat mərasimində azarkeşlər iştirak etməyiblər.  "Nou-Kamp" stadionunda aparılan təmir işlərinə görə tərəfdarlar arenaya buraxılmayıblar.

Qeyd edək ki, "Barselona" transferi üçün 40 milyon avro ödədiyi Arturla 6 illik müqavilə bağlayıb. Kataloniya klubu gənc futbolçuya 400 milyon avro təzminat qiyməti qoyub.

Qol.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR