"Qarabağ" - "Olimpiya" oyununa hakim təyinatları açıqlanıb

"Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasında Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi I təsnifat mərhələsinin cavab görüşünə bütün təyinatlar açıqlanıb. 

Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək. 

Baş hakim: Erez Papir

Baş hakimin köməkçiləri: David Elias Bitton, Eliyahu Kasapu

Dördüncü hakim: David Fuxman

UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

Hakim-inspektor: Sokol Yareçi (Albaniya)

İyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ" 1:0 hesabı ilə qələbə qazanıb. 

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR