Polşa millisinə yeni baş məşqçi təyin olunub

Futbol üzrə Polşa milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Dünya çempionatındakı uğursuzluqdan sonra postunu tərk edən Adam Navalkanı Yeji Brejeçek əvəzləyib. 47 yaşlı mütəxəssisin son iş yeri "Visla" olub.

Qeyd edək ki, DÇ-2018-də keçirdiyi 3 görüşdən 1-də qalib gəlib, 2-də uduzan Polşa millisi yer aldığı H qrupunda sonuncu yeri tutub.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR