"Yuventus" Ronaldunun hər dəqiqədə bir formasını satıb

İtaliyanın "Yuventus" klubu yeni transferi Kriştianu Ronaldunun hər dəqiqədə bir futbolkasını satır. 

Tələblərin xeyli çox olması üzündən klubun internet-maqazini işini dayandırıb. "Yuventus" atributlarının rəsmi satış nöqtələrində isə növbələr çoxalıb. Bir futbolkanın qiyməti orta hesabla 100 avrodur. Klub ən azı 1 milyon forma satmaq niyyətindədir. 

Qeyd edək ki, Kriştianu Ronaldunun İspaniya "Real Madrid"indən "Yuventus"a transferi iyulun 10-da açıqlanıb. Transfer məbləği 100 milyon avro olub. Bu vəsaiti "Yuve" 3 il ərzində ödəməlidir. Oyunçunun illik əmək haqqı isə 30 milyon avrodur.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR