Klubdan məni satmaqlarını xahiş etdim – Ronaldo vidalaşdı

9 il "Real Madrid" forması geyindikdən sonra İtaliyanın Yuventus klubuna transfer olunan Kriştiano Ronaldonun vida məktubu yayılıb.

Olaylar.az xəbər verir ki, ulduz futbolçu sabiq klubu "Real Madrid"in rəsmi saytında yerləşdirilən vida məktubunda bildirib ki,hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni satmaqlarını xahiş etdim: "Azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm. Bu, möhtəşəm 9 il idi. Hətta unikal idi. Eyni zamanda çox ağır idi. Çünki "Real"da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam. Burada əla komanda yoldaşlarım var idi. Onlarla üçü ardıcıl olmaqla 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi adını qazandıq. Birlikdə çoxsaylı fərdi mükafatlar, o cümlədən 4 "Qızıl top", 3 "Qızıl buts" əldə etdim. Bütün bunlar yalnız bu möhtəşəm və mükəmməl klubda mümkün oldu. "Real" mənim və ailəmin ürəyimi fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və "Santyaqo Bernabeu" daim mənim olacaq. 9 il öncə dediyim kimi "Yaşasın Madrid".

Qeyd edək, artıq Ronaldonun Turin şəhərindən ev aldığı xəbəri də yayılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR