Fransa Belçikaya qarşı - Oyunu necə izləyək?

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.

Bu gün DÇ-2018-in ilk yarımfinal oyunu keçiriləcək.

İlk finalçının adına Fransa - Belçika oyununda aydınlıq gələcək. Baxımlı oyun və hücum futbolu sərgiləyən bu komandalardan hansının həlledici oyuna vəsiqə qazanacağı böyük maraqla gözlənilir.

Qeyd edək ki, digər yarımfinal görüşü sabah Xorvatiya və İngiltərə yığmaları arasında keçiriləcək.

DÇ-2018
Yarımfinal
10 iyul

22:00. Fransa - Belçika (İdman Azərbaycan, İctimai TV, TRT1, Kanal 1 Rusiya. Matç TV)
Baş hakim: Andres Kunya (Uruqvay).
Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu.

"Qafqazinfo"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR