"Qəbələ" - "Proqres" matçının biletləri satışa çıxarılır

Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" və Lüksemburqun "Proqres" komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılır. 

Biletləri bu gün saat 17:00-dan etibarən Qəbələ şəhər stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 30 manatdır.

Qeyd edək ki, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR