Futbol üzrə Dünya Çempionatı:Rusiya üçüncü qolunu vurdu... - (YENİLƏNİR)

Bu gün Rusiyanın paytaxtı Moskvada 2018-ci ilin Futbol üzrə Dünya Çempionatı start götürüb.

XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanan açılış mərasimi "Lujniki" stadionunda keçirilib.

Açılış mərasiminə 20-dən çox ölkənin dövlət başçısı, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb.

Mundialın ilk oyunu meydan sahibi Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

"DÇ-2018"-də 6 konfederasiyadan ümumilikdə 35 hakim xidmət göstərəcək. Onların sırasında Türkiyəni təmsil edən FIFA referisi Cüneyt Çakır da var.

Oyunları Azərbaycan tamaşaçılarına İTV və CBC Sport telekanalları təqdim edəcək.

****

19:00. Rusiya - Səudiyyə Ərəbistanı - 3:0 (İkinci hissə)

Qol: Yuri Qazinskiy, 12chr("39"), Denis Çerışev, 43chr("39"), Artyom Dzyuba, 71chr("39")

Baş hakim: Nestor Pitana

Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)

Dördüncü hakim: Sandru Riççi (Braziliya)

Rusiya, Moskva. "Lujniki" stadionu.

Musavat.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR