Salah ilk oyuna hazırdır

"Liverpul"un hücumçusu Məhəmməd Salah Misir millisinin DÇ-2018-in turu çərçivəsində Uruqvaya qarşı keçirəcəyi oyunda meydana çıxacaq. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ektor Kuper məlumat verib.

O bildirib ki, ulduz futbolçu qarşılaşmaya yüz faiz hazır olacaq. 

Qeyd edək ki, Salah UEFA Çempionlar Liqasının final oyununda "Real"la matçda Serxio Ramosla toqquşmadan sonra zədələnmişdi. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR