Rusiyada futbol üzrə 21-ci dünya çempionatı başlayır

Futbol üzrə dünya çempionatı cümə axşamı Moskvada "Lujniki" arenasında Rusiya və Səudiyyə Ərəbistanı milli komandaları arasında keçiriləcək oyunla başlayır.

Rusiya ilk dəfə 11 şəhərin 12 stadionda keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək. Yarışma iyulun 15 Moskvanın "Lujniki" stadionunda keçiriləcək final oyunuyla sona çatacaq.

21-ci dünya çempionatı 32 komandanın iştirakı ilə keçiriləcək. İlkin mərhələdə yığmalar 8 qrupa bölünür. Çempionatın belə formatı 1998-ci ildən etibarən mövcuddur. 1/8 final çıxmaq üçün qrupdakı ilk iki yerdən birini tutmaq lazımdır./Trend/

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR