Qrizmann vədinə əməl etmədi

"Atletiko"nun hücumçusu Antuan Qrizmann gələcək karyerası ilə bağlı qərarını açıqlamağa tələsmir.

Bu gün "Atletiko"da qalıb-qalmayacağı ilə bağlı qərarını açıqlayacağını bildirən 28 yaşlı futbolçu vədinə əməl etməyib. Hazırda dünya çempionatı üçün Fransa millisi ilə Rusiyada olan forvard mətbuat konfransında qərarını hələlik gizli saxlamağı məqsədəuyğun saydığını bildirib:

"Hamınızdan üzr istəyirəm. Başa düşürəm, məndən karyeramla bağlı xəbər gözləyirdiniz. Qərarımı verdim, amma onu bu gün açıqlamayacağam".

Qeyd edək ki, "Barselona"ya keçidi gündəmdə olan Qrizmann son qərarını bu gün açıqlayacağını demişdi.

Qol.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR