15 yaşlı Azərbaycanlının uğuru

Çexiyanın Kikboksinq yığma komandasının üzvü, 15 yaşlı azərbaycanlı El Cəfər beynəlxalq  yarışlarda növbəti qələbəsini qazanıb.

O, 2014-cü ildə  Dünya Kikboksinq  Federasiyasının Çexiyada keçirilən yarışının  gümüş mükafatçısı, mavi kəmər sahibidir. E.Cəfərov 2016-cı ildə Almaniyanın Ştutqart şəhərində keçirilən çempionatın qızıl mükafatçısı olub.  Gənc idmançı 2017-ci ildə Dünya Kikboksinq Təşkilatları Birliyinin və Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının  gümüş mükafatçısı adına layiq görülüb. Həmyerlimiz bu il iyunun 9-da  Dünya Kikbonsinq Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə Çexiyada keçirilən çempionatda 47 kq-a qədər çəki dərəcəsində 2 kateqoriya üzrə  gümüş və bürünc medal qazanıb. Xatırladaq ki, qısa vaxta böyük uğurlar qazanan E.Cəfərov Çexiyada  azərbaycanlı  diaspor fəalı, şairə, dramaturq, Azərbaycan mədəniyyətini xaricdə tanıdan "Natəvan" klubunun sədri Leyla Bəyim Cəfərovanın övladıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR