"Neftçi" ilk transferini həyata keçirib - RƏSMİ

"Neftçi" klubu 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib. 

Tural Axundov 1 illik müqaviləyə imza atıb. 29 yaşlı cinah müdafiəçisi 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Tural Axundov karyerası ərzində "Muğan" (39 oyun, 3 qol), "Rəvan" (54 oyun), "Simurq" (63 oyun) və "Kəpəz"in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm "Sumqayıt"ın heyətində çıxış edən Axundov 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan təcrübəli oyunçu Belarus və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR