İdmançımız yeni Azərbaycan rekordu qırdı

Lixtenşteyndə keçirilən Kiçik Ölkələrin Avropa Çempionatında idmançılarımız uğurla çıxış ediblər.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, idmançımız Zəkiyyə Həsənova qadınlar arasında 100 m məsafədə 11.61 nəticə göstərərək Yeni Azərbaycan rekorduna imza atıb və yarışların gümüş mükafatına layiq görülüb. Zəkiyyə 200 m məsafədə isə daha yaxşı nəticə göstərib və 23.56 Bu nəticə küləyin sürətinə görə (+2.4) rekord sayılmır. Ancaq nəticə ilə yarışların qızıl mükafatına sahib çıxıb.

Kişilər arasında 110m sədlərlə qaçışda çıxış edən idmançımız Rahib Məmmədov da 14.06 nəticə göstrərək Qızıl Medala layiq görülüb!

İdmançılarımızın nəticələrinə aşağədakı cədvəllərdən baxa bilərsiniz:

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR