Azərbaycan sosial futbol məktəbinin açılışı olacaq

Mayın 17-də sosial futbol məktəbinin açılış mərasimi keçiriləcək.

Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyindən daxil olub. Bildirilib ki, tədbir Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində  (Keçmiş Neftçi baza) keçiriləcək. Realmadrdid Fondunun nümayəndələri - "Real Madrid" Futbol klubunun elçisi Rikardo Qalleqo və Realmadrid Fondunun Avropa regionu üzrə baş meneceri xanım Elena Fernandezin iştirak edəcəyi tədbir saat 15.00-da başlayacaq.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Realmadrid Fondunun birgə layihəsi olan RMF Azərbaycan sosial futbol məktəbi 2013-cü ildən fəaliyyət göstərir. 29 aprel 2013-cü il tarixdə imzalanmış "Əməkdaşlıq Müqaviləsi"nə uyğun olaraq yaradılan məktəb Realmadrid Fondunun MDB məkanında birinci, Avropada 8-ci layihəsi olub. 2013-2017-ci il tədris müddətini əhatə edən ilk mərhələdə görülən işlərin ugurlu olması səbəbindən tərəflər əməkdaşlıgı davam etdirmək qərarına gəliblər. Nəticə etibarı ilə  2018-ci ilin yanvar ayında yeni müqavilə imzalanıb. Beləliklə, Realmadrid Fondunun Azərbaycan sosial futbol məktəbi növbəti 4 il ərzində ölkədə futbolun inkişafı və kütləviliyinə dəstək verməkdə davam edəcəkdir. Qeyd edək ki, layihənin эsas tərəfdaşları Gənclər və İdman Nazirliyi ilə Realmadrid Fondudur. Əsas icraedici tərəfdaş isə İnkişaf Naminə İdman İctima Birliyidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR