İsveçdən DÇ-2018 qərarı - İbrahimoviç olmayacaq

İsveç milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

23 nəfərlik siyahıda 22 oyunçu legionerdir. Yalnız Rusiyanın "Krasnodar" klubunun futbolçusu Andreas Qrankvist gələn mövsümdən İsveç "Helsinqborq"unda çıxış edəcək. Əvəzində ABŞ-ın "Los-Anceles Qelaksi" komandasında çıxış edən Zlatan İbrahimoviç mundiala aparılmayacaq. İbrahimoviç DÇ-2018-də oynamaq istəyini dəfələrlə dilə gətirib.

İsveç millisinin heyəti:

Qapıçılar: Robin Olsen ("Kopenhagen", Danimarka), Karl Yohan Yonsson ("Genqam", Fransa), Kristoffer Nordfeldt ("Suonsi", Uels)

Müdafiəçilər: Mikael Lustiq ("Seltik", Şotlandiya), Viktor Lindelef ("Mançester Yunayted", İngiltərə), Andreas Qrankvist ("Helsinqborq"), Lüdvid Auqustinsson ("Verder", Almaniya), Emil Kraft, Filip Helander (hər ikisi "Bolonya", İtaliya), Pontus Yansson ("Lids", İngiltərə), Martin Olsson ("Suonsi", Uels)

Yarımmüdafiəçilər: Emil Forsberq ("Leyptsiq", Almaniya), Viktor Klasson ("Krasnodar", Rusiya), Albin Ekdal ("Hamburq", Almaniya), Sebastyan Larsson ("Hall Siti", İngiltərə), Cimmi Durmaz ("Tuluza", Fransa), Markus Roden ("Krotone", İtaliya), Oskar Hilyemark ("Cenoa", İtaliya), Qustav Svensson ("Sietl", ABŞ)

Hücumçular: Ola Toyvonen ("Tuluza", Fransa), Markus Berq ("Əl-Ayn", BƏƏ), Yon Qvidetti ("Alaves", İspaniya), İsaak Kise Telin ("Vasland-Beveren", Belçika)

Qeyd edək ki, dünya çempionatında İsveç yığması Cənubi Koreya (18 iyun, Nijni Novqorod), Almaniya (23 iyun, Soçi) və Meksika (27 iyun, Yekaterinburq) ilə F qrupunda yer alıb.

Teleqraf.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR