“Həyatımı transfer mövzularından danışaraq keçirirəm” - Neymar

Adı Madrid "Real"ı ilə hallanan PSJ-nin ulduzu Neymar bu xəbələrə münasibət bildirib.

Braziliyalı futbolçu yalnız dünya kubokunu düşündüyünü bəyan edib: "Hər transfer dönəmində eyni şeylərdən danışırıq. Hazırda transferlə bağlı danışmaq istəmirəm. Hər kəs PSJ-yə nə üçün gəldiyimi və hədəflərimi bilir. Hazırda dünya çempionatını düşünürəm. Həyatımı transfer mövzularından danışaraq keçirirəm. Bu isə cansıxıcı vəziyyətdir".

Qeyd edək ki, Paris klubunun prezidenti Nasser El-Xəlafi Neymarın komandada qalacağını açıqlayıb. 26 yaşlı futbolçu ötən yay 222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olub.

Qafqazinfo.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR