"Qarabağ"ın nümayəndələri "Benfika" və "Sportinq"in düşərgəsində

"Qarabağ" klubunun idarə heyətinin üzvü Fevzihan Aras, əsas komandanın baş məşqçisinin köməkçisi Elçin Rəhmanov, beynəlxalq əlaqələr üzrə mütəxəssis Vüsal Həsənovdan ibarət heyət Portuqaliyanın paytaxtı Lissabonda olub.

Onlar ilk olaraq  dünyada futbolçu yetişdirilməsi üzrə liderlərdən sayılan "Sportinq" klubunun düşərgəsində olublar. 

"Sportinq"in akademiyası, iş sistemiylə tanışlıq çərçivəsində eyni zamanda bir neçə məsələ barəsində də fikir mübadiləsi aparılıb. `Sportinq`lə mümkün əməkdaşlıq barəsində müzakirələrdə `Qarabağ`ın perspektivli futbolçuların `Sportinq`in akademiyasında hazırlıq dönəmi keçməsi, hazırlanması haqqında danışılıb. Eyni zamanda `Sportinq` akademiyasının yetirmələrinin `Qarabağ`a mümkün mövqelər üzrə icarəyə verilməsinin mümkünlüyü müzakirə edilib. `Sportinq` tərəfi `Qarabağ`ın son illərdə Avropada uğurlu çıxışı fonunda bu layihəyə pis baxmadıqlarını və prosesin mümkünlüyünü bildiriblər.

Ardınca "Qarabağ"ın nümayəndə heyəti Portuqaliyanın nəhəng klubu `Benfika` nın düşərgəsində olublar.  Burda da klubun akademiya sistemiylə tanış olunub. `Benfika`nın iş prinsipləri, akademiyadan əsas komandaya futbolçu hazırlanması prosesi haqqında məlumat alınıb.

Qol.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR