Buffon: "Heç nədən peşman deyiləm"

"Yuventus"un qapıçısı Canluici Buffon Çemionlar Liqasının 1/4 finalında "Real"la oyunda baş verənlər barədə danışıb. İtalyan qolkiper son saniyələrdə qapısına penalti təyn olunması ilə bağlı bunları deyib: "Penaltinin olmadığını demirəm. Sadəcə epizod mübahisəlidir. Oyunun sonuna 20 saniyə qalırdı. Fikrimcə, belə səviyyəli oyunları çox idarə edən təcrübəli hakim fərqli qərar qəbul edərdi. Həmin epizod əminliklə penalti təyin etməyə imkan vermir. Oliver karyerası irəlidə olan gənc oğlandır. Situasiya çox qəliz, dolaşıq və məsuliyyətli idi. Heç nədən peşman deyiləm. Mən də canlı insanam, emosiyalarım var. Bəhanə axtarmıram. Bəzən özümdən çıxıram, amma Buffon belədir". Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR