"Pavol Farkaşı "Qəbələ"yə aldadıb aparmışdım"

Hazırda Slovakiyanın "Nitra" klubunda çıxış edən Pavol Farkaşı "Qəbələ"yə aldadıb aparmışdım. Bunu moldovalı sabiq futbolçu Denis Zmeu "Pro Sport"a açıqlamasında deyib.

Keçmiş yarımmüdafiəçi bildirib ki, karyerasını 28 yaşında bitirməsinin ardından agent olmaq cəhdi uğursuzluqla nəticələnib: "Futbolu başa vurduqdan sonra vasitəçi rolunu oynamağa cəhd etdim. Bu işlə məşğul olduğum iki ay ərzində gördüm ki, bu, mənim işim deyil. Vasitəçi qismində çalışırsansa, iyrənc olmalı, oyunçuları aldatmalısan. Mən də Farkaşı hansısa yolla aldatmışdım".

Qeyd edək ki, Pavol Farkaş "Qəbələ"də 2014-2015 mövsümündə forma geyinib. O, vaxtilə Rumıniya "Vasluy"unda Denis Zmeu ilə birgə çıxış edib. Hazırda Zmeu fiziki hazırlıq üzrə məşqçi kimi çalışır. Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR