4 ilə 24 məşqçi qovdu

Misirin ən məşhur klublarından olan "Zəmələk"də növbəti dəfə məşqçi istefası olub. "Zəmələk"in prezidenti Mortada Mənsur baş məşqçi Ehab Qalalı istefaya göndərib. Qalal 2014-cü ilin aprelindən bəri komandada çalışan 23-cü məşqçi idi. Məhz həmin vaxtdan Mortada "Zəmələk"də prezident kimi fəaliyyətə başlayıb. Komanda Misir çempionatında 3 tur dalbadal məğlub olduqdan və Afrika Konfederasiyalr Kubokunda mübarizəni dayandırdıqdan sonra prezident 24-cü dəfə məşqçi istefasına əl atıb.

Mortadanın qovduğu mütəxəssislər arasında məşhur şotland Aleks Makliş və Misir yığmasının əfsanəvi futbolçusu olmuş Mido da var. Birinci, postunda cəmisi 65, ikinci isə 37 gün qalmışdı.

"Zəmələk" Misir çempionatında 3-cü pillədə qərarlaşıb və lider "Əl-Əhli"dən 25 xal geri qalır. Komanda.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR