"Beşiktaş" əfsanəsini qaytarır

"Beşiktaş" azarkeşlərinin sevimlisinə çevrilmiş Demba Ba keçmiş komandasına qayıdacaq. "Ağ-qaralar" hazırda "Göztepe"de oynayan seneqallı futbolçuya 2 illik müqavilə təklif edəcək.

Tərəflər arasında daha öncə aparılan transfer görüşləri futbolçunun 2,5 illik müqavilə istəməsi ilə gerçəkləşməmişdi. Futbolçunun zədəli olması "Beşiktaş"ı narahat edirdi. Lakin onun "Göztepe"dəki performası bu narahatlığı aradan qaldırıb. Tərəflər arasında görüşlər liqa bitdikdən sonra başlanacaq. Hazırkı komandası ilə yarım mövsümlük razılşaması olan Demba Ba mövsümün sonunda sərbəst qalacaq və may ayında "Beşiktaş"a keçəcək.

Qeyd edək ki, seneqallı futbolçu "Beşiktaş" 46 matçda 28 qol vurub. "Transfermarkt" 32 yaşlı futbolçuya 2,5 milyon avro qiymət qoyub. Demba Ba karyerası ərzində "Hoffenheym", "Nyu kasl Yunayted", "Çelsi" kimi komandaların şərəfini qoruyub. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR