Almaniya Futbol İttifaqı mundialın boykotuna qarşı çıxıb

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Skripalın evində zəhərlənməsindən sonra onu casus fəaliyyətinə cəlb edən İngiltərədə 2018-ci il dünya çempionatını boykot etmək barədə danışmağa başladılar. "Dumanlı Albion"da hesab edirlər ki, sabiq polkovnikin həyatına sui-qəsd rus casus şəbəkəsinin işidir. İngilislər bəzi müttəfiqlərini də boykota qoşulmağa çağırırdı. Məsələyə Almaniya Futbol İttifaqı da münasibət bildirib. Goal.az xəbər verir ki, qurum Bundestimin mundiala qatılacağını açıqlayıb.

"Almaniya Futbol İttifaqı boykota deyil, dialoqa tərəfdardır. Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunları göstərdi ki, idman konfliktlərin yatmasına və insnaların birliyinə kömək edə bilər" - federasiyanın prezidenti Raynhard Qrindel deyib. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR