Keyn dünya çempionatını buraxacaq?

İngiltərə yığmasının hücumçusu Harri Keyn yayda Rusiyada keçiriləcək dünya çempionatını buraxa bilər. "Tottenhem"in 24 yaşlı futbolçusu dünən "Bornmut"la baş tutan Premyer Liqa görüşündə zədələnib.

Rəqib qapıçı Asmir Beqoviçlə toqquşaraq, dizindən xəsarət alan Keyn oyunu davam etdirə bilməyib. 34-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalan forvardın uzun müddətə sıradan çıxdığı ehtimal olunur.

Keyn tezliklə tam tibbi müayinədən keçəcək. Məhz bundan sonra onun zədəsinin nə dərəcədə ciddi olduğu müəyyənləşəcək. Həkimlərin ilkin diaqnozu özünü doğrultsa, Keyn mundialda İngiltərə millisinə kömək edə bilməyəcək.

Qeyd edək ki, "Bornmut" - "Tottenhem" qarşılaşması qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azpasport.az saytı "Reuters" nəşrinə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR