Kapitandan ikiqat yubiley

"Neftçi"nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb. Millimizin müdafiəçisi Topaz Premyer Liqasının XIX turunun "Keşlə" ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran qolun müəllifi olub.  Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub.

Abışov bu qollardan yarısını "Neftçi"nin heyətində rəqib qapısından keçirib. "Ağ-qaralar"ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında "10"a çatıb.
Ruslan "Neftçi"nin tarixində 33-cü futbolçudur ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.

Qeyd edək ki, Ruslan cari mövsümdə 3-cü qoluna imza atıb. Milli.az-ın PFL-in saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR