Ulduz futbolçu azarkeşlərlə əlbəyaxa davaya çıxdı

Portuqaliya yığmasının və "Latsio"nun futbolçusu Luiş Nani insidentlə üzləşib. Bu, İtaliya çempionatının XXVIII turunda "Kalyari" ilə səfər matçından (2:2) sonra baş verib. Belə ki, "Latsio"nun Romaya qayıtdığı təyyarədə klubun fanatları da olub. Onlar Naniyə oyunundan narazı qaldıqlarını bildirərək, ona sərt etiraz ediblər. Bu isə 32 yaşlı yarımmüdafiəçinin xoşuna gəlməyib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. 7 nəfərin müdaxiləsindən sonra Nani ilə fanatları bir-birindən ayırmaq mümkün olub.

Qeyd edək ki, transfer hüququ "Valensiya"ya məxsus olan Luiş Nani ötən ildən icarə əsasında "Latsio"da oynayır. O, paytaxt klubunda cari mövsümdə ümumilikdə 14 oyun keçirib və 3 qola imza atıb. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR