İtaliya çempionatı: "Napoli" "İnter"lə heç-heçə edərək liderliyini itirib

Futbol üzrə İtaliya "A" Seriyasında 28-ci tura yekun vurulub.

"Report" xəbər verir ki, son oyun günündə mərkəzi görüş Milanın "San-Siro - Cuzeppe Meatsa" stadionunda "İnter" və çempionatın lideri "Napoli" arasında baş tutub və 0:0 hesablı heç-heçə ilə bitib.

"Napoli" heç-heçədən sonra xallarının sayını 70-ə çatdırıb və liderliyini itirərək ikinci pilləyə düşüb. "İnter" 52 xal ilə beşinci pillədə qalıb.

"Napoli" növbəti matçını evdə "Cenoa" ilə, Milan "İnter"i isə səfərdə "Sampdoriya" ilə keçirəcək. Hər iki qarşılaşma martın 18-də olacaq.

İtaliya çempionatı. 28-ci tur

"İnter" - "Napoli" - 0:0

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR