"Barselona" braziliyalı futbolçunun transferini həll etdi

"Barselona" braziliyalı yarımmüdafiəçi Arturun transferini həll edib."Qremio"nun 21 yaşlı futbolçusunun transferi 2019-cu ilin yayında rəsmiləşəcək. Katalon klubu 30 milyon avronu birbaşa, 10 milyonu isə bonus şəklində hissə-hissə ödəyəcək. Uzun müddət "Barselona"nın maraq dairəsində olan Artur 2017-ci ilin dekabrında klubun idman direktoru Robert Fernandezlə görüşmüşdü. Martın 7-si "Qremio"nun prezidenti Romildo Bolzan jurnalistlərə açıqlamasında keçidin reallaşmaq üzrə olduğunu demişdi.

Arturun transferi Andre Qomeşin "Barsa"dan getməsi ilə nəticələnə bilər. Filippe Koutinyonun komandaya qoşulmasından sonra meydana çıxmaq şansları azalan portuqaliyalının adı "Mançester Yunayted" və "Tottenhem" ətrafında hallanır. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR