"Onun tribunada olduğunu bilmirdim"

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/8 finalında səfərdə "Bazel"lə keçirilən ilk oyundan (4:0) sonra fikirlərini bildirib. Həmin qarşılaşmanı stadiondan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv də izləyib. Gündoğan Lövün stadionda olmasından xəbərsiz olduğunu deyib:

"Mənim üçün ən vacib olan yaxşı oyun və yaxşı nəticədi. Çempionlar Liqasında həmişə çətin olur. Bu gün yaxşı oyun göstərdik və layiqli qələbə qazandıq. Lövün tribunada olduğunu isə bilmirdim. Oyunum onun xoşuna gəlibmi? Bu haqda heç nə deyə bilmərəm, yaxşı olardı ki, bu sualı onun özünə verərdiniz. Ümid edirəm ki, gördükləri onu qane  edib".İlkay Gündoğan "Bazel"lə qarşılaşmada dubl edib. Komanda.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR