"Heç-heçə bizim üçün yaxşı nəticədir"

"Matç ərzində oyuna daha çox biz nəzarət etdik. İquainin ilk qolu ofsayd idi. 0:2 hesabı ilə geri düşdükdən sonra komandam yaxşı oyun nümayiş etdirdi". Bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Pokettino Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la ilk oyundan (2:2) sonra deyib. "Futbolda bir az da şansa ehtiyac var. "Yuventus" 2:0 hesabı ilə  irəlidə olmağa layiq deyildi. İkinci hissədə yaxşı oynadıq. Heç-heçə bizim üçün yaxşı nəticədir" - deyə o bildirib.

M.Pokettinə 1/4 finala yüksələcək komandanın adının hələ müəyyənləşmədiyini bildirib: "Yuventus" güclü heyətə sahibdir. İkinci matç çox çətin olacaq". Qol.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR