Quti: "Neymar bilir ki, "Real"dan daha yaxşı yerə gedə bilməz"

"Real Madrid"in əvəzedici komandasının məşqçisi Quti Çempionlar Liqasının 1/8 final oyunları öncəsi fikirlərini bölüşüb. Gənc mütəxəsis bunları deyib: "Çempionlar Liqası "Real"ın titul qazanmaq üçün son imkanıdır. Amma PSJ ilə oyunun Zidan üçün son şans olmadığına ümid edirən. Onun etdiklərini unutmaq olmaz. PSJ üçün də Fransa çempionatı və kubokunda qalibiyyət yetərli deyil. Zidan qalmalıdır, lakin bir gün "Real"ın baş məşqçisi olmağı necə arzulamaya bilərəm?

Neymar? Onu bəyənirəm. Amma Neymarın gəlməsi Ronaldonun getməsinə səbəb olacaqsa, buna yox deyirəm. "Real"da dünyanın ən yaxşısı olmaq lazımdır. Neymar belə futbolçudur. O, motivasiyalıdır və belə davam edəcəyini düşünürəm. Özü də bilir ki, "Real"dan daha yaxşı yerə gedə bilməz. Məncə, Neymarın transferi baş tutacaq. Kim bilir, bəlkə də, Benzema PSJ klubuna keçəcək. Eyni zamanda Ronaldonun klubda qalacağını düşünürəm. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR