UEFA nümayəndələri bunun üçün Azərbaycana GƏLDİ

Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb. Səfər həftəsonuna qədər davam edəcək. Bu müddətdə Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı, paytaxtımızdakı bir sıra digər aidiyyəti infrastrukturlara baxış keçirəcək.

Səfər çərçivəsində ilk görüş bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında keçirilib. Görüşdə hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb. Publika.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR