Azərbaycan Karate Federasiyasında yeni təyinatlar

Böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub. "OLAYLAR"-a Azərbaycan Milli Karete Federasiyasından bildirilib ki, federasiyası İdarə heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Həmçinin Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini isə, yeniyetmə və gəncləri çalışdıran Anar Allahverdiyev icra edəcək.

Qeyd edək ki, bu barədə federasiya rəhbərliyinin milli komandanın məşqçi və idmançı heyəti ilə yığıncağında açıqlanıb. Federasiya prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov, eləcə də İdarə heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyəti və milli komanda üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıblar. Federasiya rəhbərliyi ölkənin ali idman təşkilatları tərəfindən qarşıda qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daha effektli fəaliyyətin vacib olduğunu xatırladıb.

Yığıncaqda həmçinin milli komandanın qarşıdakı nüfuzlu yarışlara hazırlıq işləri, vitaminləşdirmə, dopinq nəzarətinin gücləndirilməsi və digər məsul öhdəliklər müzakirə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR