Olimpiya Oyunlarında YENİ VİRUS YAYILDI

9 fevralda start götürən 2018-ci il Pxençan Qış Olimpiya Oyunlarında kəskin qastroenteritə səbəb ola biləcək "norvalk" virusunun müxtəlif tipləri yayılmağa başlayıb. Görülən bütün tədbirlərə rəğmən virusa yoluxanların sayı 200-ə çatıb. Olduqca sürətli şəkildə yayılan virusa ilk dəfə keçən həftə rast gəlinib. Virusa yoluxan 1200 təhlükəsizlik xidməti əməkdaşı karantinə alınmış və yerlərinə yüzlərlə əsgər göndərilmişdi. Səhiyyə işçiləri virusun qarşısını almaq üçün əllərindən gələni etdiklərini bildiriblər. Ancaq xəstəliyin getdikcə daha sürətlə yayılması oyunlara ev sahibliyi edən Cənubi Koreya üçün böyük utanc ola bilər.

Qeyd edək ki, çirkli meyvə və tərəvəzlər vasitəsilə insan orqanizminə daxil olan virus qarın ağrısı, qusma və isahala yol açır. Virusun qarşısının alınması üçün fərdi gigiyenaya diqqət etmək çox vacibdir. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR