Fransalı futbolçu Mərakeş millisini seçdi

"Napoli"nın qış transferi Zinəddin Maşeş mərakeş millisində çıxış edəcək. 22 yaşlı yarımmüdafiəçi Mərakeş Futbol Federasiyasının nümayəndələri ilə bir neçə görüşdən sonra buna razılıq verib. Maşeş Marsel şəhərində dünyaya gəlib və Fransa vətəndaşıdır. Onun atası əlcəzairli, anası isə mərakeşlidir. Ötən mövsüm "Toulouse" klubunun liderlərindən olan Maşeş yanvarda Neapol klubu ilə 4.5 illik müqaviləyə imza atmışdı.

Mərakeş millisi 2018-ci il dünya çempionatına vəsiqə qazanandan sonra federasiya komandanı gücləndirə biləcək və ölkə ilə hər hansı əlaqəsi olan futbolçuların axtarışına başlamışdı. Maşeşdən başqa siyahıda daha bir neçə namizədin adı var. Mərakeş mundialın qrup mərhələsində İran, Portuqaliya və İspaniya ilə qarşılaşacaq. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR